Ötən il 3 min 746 nəfər Ermənistan vətəndaşlığından çıxıb


2024-cü ildə 20 min 770 nəfərə Ermənistan vətəndaşlığı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iyunun 6-da Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclaslarında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” hesabatın müzakirəsi zamanı bildirilib.
“Səlahiyyətli hökumət orqanlarının tövsiyələri əsasında Ermənistan Respublikasının prezidenti 2024-cü ildə Ermənistan vətəndaşlığının verilməsi ilə bağlı 185 fərman imzalayıb”, - iclasda bildirilib.
Qeyd olunub ki, həmçinin Prezidentin müvafiq fərmanları ilə 3 min 746 nəfərin vətəndaşlığı dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top