Közərmə lampaları istifadə edənlər də cərimələnəcək? – Video


Közərmə lampalarını satanlar cərimələnəcək.
Yeniavaz.com
“Xəzər xəbər”ə istinadla xəbər verir ki, növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik, çünki bu məhsullar öz yerini enerji baxımdan daha sərfəli olan led lampalara verəcək.
Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, bu qdağada ən vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır.
“Qərarın qüvvəyə mindiyi tarixdən, yəni gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampalardan istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb”, - reportajda bildirilir.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top