
Rusiyada yeni minik avtomobilləri bazarının yarıdan çoxu Çin markalarının payına düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Avtostat” analitik agentliyinin direktoru Sergey Tselikov özünün “Telegram” kanalında məlumat yayıb.
“May ayında yeni minik avtomobilləri üzrə Rusiya bazarının yarıdan çoxunu (54%) Çin brendləri təşkil edib”, - obildirib.
Tselikovun sözlərinə görə, Rusiya brendləri (son zamanlar yaradılanlar da daxil olmaqla) bazarın demək olar ki, üçdə birini – 33,1%-ni təşkil edib:
“Yapon və alman brendlərinin hər biri bazarın 2,7%-ni təşkil edib, Koreya brendlərinin payı isə 1,3%-ə düşüb”.
Tselikov onu da əlavə edib ki, may ayında avtomobillərin 86 faizi fiziki şəxslər tərəfindən alınıbsa, apreldə bu rəqəm 84 faiz təşkil edib.