
Avropa çempionu İspaniyanın və İspaniya çempionu “Barselona”nın 17 yaşlı cinah oyunçusu Lamin Yamal əfsanəvi braziliyalı hücumçu Pelenin rekordunu təkrarlayıb.
Yeniavaz.com “Stats Foot” portalına istinadla xəbər verir ki, o buna 18 yaşı tamam olmamış Fransa millisinin qapısına üç qol vurmaqla nail olub.
Xatırladaq ki, ötən gecə Millətlər Liqasının yarımfinalında İspaniya Fransanı 5:4 hesabı ilə məğlub edib, Yamal dubl edib və matçın ən yaxşı oyunçusu seçilib.
Yamal Fransaya ilk qolunu isə 16 yaşında, Avro-2024-ün yarımfinal görüşündə (2:1) vurub.
Qeyd edək ki, Pele 1958-ci il dünya çempionatının yarımfinalında (5:2) 17 yaşında Fransa komandasına 3 qol vurub.