İki erməni yeniyetmənin azaraq Azərbaycan tərəfə keçdiyi bildirilir


Sünik rayonunun iki yeniyetmə sakini azaraq Azərbaycan tərəfə keçib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Alınan məlumata görə, iyunun 6-da saat 01:20 radələrində Sünik rayonunun Tex kəndinin sakinləri Karen Armenoviç Cangiryan (27.06.2007) və Andrey Armenoviç Qyaqunts (13.01.2008) Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan tərəfə keçiblər”, - məlumatda deyilir.
Qeyd olunub ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Ermənistan mətbuatda yayılan məlumatlara görə, hadisə yeniyetmələr mal-qaranı geri qaytarmaq istəyən zaman baş verib.
Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top