
Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
“Yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib”, - məlumatda deyilir.