Kiyevə raket və dronlarla hücum olub – Ölənlər var


İyunun 6-da gecə yarısından dərhal sonra Rusiyanın pilotsuz təyyarə və raketlərlə başlatdığı hücum nəticəsində Ukraynanın paytaxtı Kiyevdə dağıntılar meydana gəlib.
Yeniavaz.com
xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücumlar nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Solomenski rayonunda 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yanğın baş verib. Xilasedicilər 3 nəfəri xilas ediblər. Qoloseyevski rayonunda təhsil müəssisəsinin binasına ziyan dəyib, mülki infrastruktur obyektində yanğın baş verib. Rəhbərlik konkret obyektin adını çəkməyib.
Dnepr rayonunda yanacaqdoldurma məntəqəsi dağıdılıb. Kiyevin bir sıra rayonlarının qeyri-yaşayış sahələrində də yanğınlar baş verib. “Darnitsa” və “Levoberejnaya” stansiyaları arasında metro xətti zədələnib.
Kiyevin bəzi hissələrinə elektrik verilişi də kəsilib.
Rusiya hərbçilərinin növbəti hücumuna cavab olaraq Kiyevdə hava hücumu dörd saatdan çox davam edib. Xəbərdarlıq zamanı vətəndaşlardan təhlükəsiz ərazilərə sığınmaq tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top