
Millətlər Liqasının yarımfinalında Avropa çempionu İspaniya Almaniyanın Ştutqart şəhərində Fransa ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, 9 qolun vurulduğu matçda ispanlar 5:4 hesabı ilə qalib gəliblər.
“Barselona”nın 17 yaşlı vingeri Lamine Yamal İspaniya yığmasının heyətində iki qol vurub. Onun komanda yoldaşları – “Atletik Bilbao”nun hücumçusu Niko Uilyams, “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino və “Barselona”nın yarımmüdafiəçisi Pedri də fərqlənib.
Fransa komandasının qollarını “Real Madrid”in hücumçusu Kilian Mbappe, “Lion”un yarımmüdafiəçisi Rayan Çerkin və “Yuventus”un hücumçusu Randal Kolo Mouani vurub.
İspaniya millisinin və “Atletik Bilbao”nun müdafiəçisi Dani Vivian avtoqola imza atıb.
Yamal, həmçinin görüşün ən yaxşısı seçilib.
Final görüşü iyunun 8-də İspaniya ilə yarımfinalda Almaniyanı məğlub edən Portuqaliya arasında baş tutacaq.