
Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, iyunun 5-də axşam Asiya ölkələri arasında seçmə turnir çərçivəsində Özbəkistan Birləşmiş Ərəb Əmirlikləri komandası ilə 0:0 hesablı heç-heçə edib.
Qazanılan bir xal Özbəkistan komandasına bir tur qalmış qrupda ikinci yeri təmin edib ki, bu da dünya çempionatına birbaşa vəsiqə verir.
Özbəkistan hazırda FİFA reytinqində 57-ci yerdədir. Asiya komandaları arasında yalnız beş ölkə bu komandadan yüksəkdir.
Özbəkistanın böyük turnirlərdə ən yüksək nailiyyəti 2021-ci ildə Asiya Kubokunda dördüncü yer tutması olub.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.