
“Ermənistan Avropa Birliyinə üzv olmaq üçün müraciət etməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu parlamentdə deputatlardan birinin sualını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Əgər siz demək istəyirsiniz ki, biz bu quruma rəsmi müraciət etmişik, yox, belə bir müraciət olmayıb”, - Mirzoyan bildirib.
O qeyd edib ki, Ermənistanla Avropa İttifaqı arasında əsas məsələlərdən biri danışıqlar mərhələsində olan viza rejiminin liberallaşdırılması məsələsi olaraq qalır.
Xatırladaq ki, martın 26-da ikinci və yekun oxunuşda Ermənistan parlamentinin üzvləri respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun qəbul ediblər. Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın icmaya qoşulması prosesinin avtomatik başlaması demək deyil, çünki bu məsələ referendum tələb edir.