
Britaniyalı aktyor Tom Felton Brodveydə yazıçı J.K.Rolinqin “Harri Potter və lənətlənmiş uşaq” əsərinin tamaşasında “Drako Malfoy” rolunu təkrar canlandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
“Bu tamaşada iştirak etmək mənim üçün dairəni bağlamaq kimidir, çünki bu payızda “Lənətlənmiş uşaq”ı oynamağa başlayanda tamaşadakı “Drako”nun özü ilə eyni yaşda olacağam”, - aktyor bildirib. Feldon qeyd edib ki, bu filmlərin bir hissəsi olmaq onun üçün böyük mükafat və şərəfdir.
Tamaşanın premyerası bu il noyabrın 11-nə planlaşdırılıb, 2026-cı il martın 22-dək səhnədə olacaq.