
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb:
“Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır”.