
Gümüşün qiyməti son on üç ilin ən yüksək səviyyəyə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, “Comex” birjasında bu qiymətli metalın qiyməti troya unsiyasına görə 36 dolları ötüb.
Bakı vaxtı ilə saat 15:18-ə olan məlumata görə, iyul tədarükləri üzrə gümüşün qiyməti bir unsiya üçün 36,13 dollara (+4,28 faiz) çatıb. Bu, son on üç ilin ən yüksək göstəricisidir. Bu metalın qiyməti sonuncu dəfə 2012-ci il fevralın 29-da 36 dolları keçib.
Eyni birjada avqust ayı tədarükləri üçün qızılın qiyməti cümə axşamı 0,8 faiz artaraq 3 426 dollara çatıb.