Si Cinpin Trampla telefonla danışdı


Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
“İyunun 5-də axşam saatlarında Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb”, - məlumatda qeyd edilib.  
Məlumata görə, söhbət Ağ Ev rəhbərinin təşəbbüsü ilə baş tutub.
Söhbətin təfərrüatları hələlik verilməyib.
Qeyd edək ki, bundan əvvəl CNN Ağ Evdəki mənbələrə istinadla xəbər vermişdi ki, Vaşinqton iki ölkə liderləri arasında söhbəti ticarət danışıqlarının bərpası üçün zəruri növbəti addım hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top