Qəzzada bir gündə 70 fələstinli öldü


Qəzza zolağında son 24 saat ərzində İsrailin hərbi əməliyyatları nəticəsində 70 fələstinli öldürülüb, 190-a yaxın fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 70 nəfər öldürülüb, 189 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Anklavın Səhiyyə Nazirliyi əlavə edib ki, 2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölənlərin ümumi sayı 54 min 677, yaralananların sayı isə 125 min 530 nəfərə çatıb.
Digər tərəfdən, Fələstinin HƏMAS hərəkatı bildirib ki, cümə axşamı səhər saatlarında İsrailə məxsus pilotsuz uçan aparat zolağın paytaxtı Qəzza şəhərində bir qrup jurnalisti vuraraq yerli televiziyanın üç əməkdaşını öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top