
Ötən il Azərbaycanda 58,9 min nəfər vəfat edib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində dünyasını dəyişənlərin 46,5 min nəfərinə görə dəfn üçün müavinət verilib.
Qeyd edək ki, dəfn üçün müavinət alanların sayı vəfat edənlərin ümumi sayının 79%-ni təşkil edib.
Bu şəxslərin 6,9 min nəfəri dövlət tərəfindən, 39,7 min nəfəri isə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinətlə təmin olunub.
Məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün verilən müavinətin ümumi məbləği 32 milyon 728,6 min manat olub.
Açıqlanan göstəricilərdən belə görünür ki, bir nəfərə düşən dəfn üçün müavinətin orta məbləği 824 manat olub.
Dövlət tərəfindən verilən birdəfəlik sosial müavinətin orta məbləği isə 499 manat 38 qəpik olub.
Murad Məmmədov