Lionel Messi bu dəfə Argentinaya gedir


Səkkizqat “Qızıl top”un sahibi Lionel Messi “İnter Mayami”ni tərk edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə urnalist Flavio Azzaro məlumat yayıb.
Məlumata görə, “Barselona”nın keçmiş forvardı Argentina çempionatından “Nyuells Old Boyz”a keçməyə qərar verib.
Mənbənin sözlərinə görə, transfer 2025-ci ilin dekabrında baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Messi özü karyerasını futbola başladığı klubda bitirmək istədiyini bildirmişdi.
Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami"də çıxış edir. Bu mövsüm oyunçu MLS-də 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top