Naxçıvanda 47 yaşlı qadın öldürülüb – Şübhəli şəxs oğludur


Babək rayonunda qətl törədilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, hadisə iyunun 4-ü saat 20 radələrində rayonun Şəkərabad kəndində baş verib.
Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Yerli KİV, şübhəli şəxs qismində tutulan Nihad Qoçəliyevin Leyla Qoçəliyevanın oğlu olduğunu yazır.

DİGƏR XƏBƏRLƏR

Top