
Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu italiyalı Simone İnzaqini komandanın baş məşqçisi təyin edib.
Yenavaz.com xəbər verir ki, bu barədə “Əl-Hilal”ın mətbuat xidməti məlumat yayıb.
Məluamata görə, İtaliyanın “İnter”i qarşılıqlı razılaşma əsasında İnzaqi ilə müqaviləyə xitam verib. Milan komandası Çempionlar Liqasının finalında Fransanın “Paris Sen-Jermen” klubuna 0:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 49 yaşlı İnzaqi 2021-ci ildən “İnter”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2023), iki dəfə İtaliya kubokunu (2022, 2023) qazanıb.
İnzaqinin rəhbərliyi ilə “İnter” həmçinin, İtaliya çempionu (2024) olub və iki dəfə Çempionlar Liqasının finalına yüksəlib (2023, 2023).
Mütəxəssis “İnter”ə qədər “Latsio”nun baş məşqçisi olub. Onunla birlikdə Superkubok (2017, 2019) və İtaliya kubokunu (2019) qazanıb.
Xatırladaq ki, “Əl-Hilal” Səudiyyə Ərəbistanının ən çox mükafat alan klubudur. Komanda 19 dəfə ölkə çempionu olub, dörd dəfə Asiya Çempionlar Liqasının qalibi olub ki, bu da rekord göstəricidir.
Digər tərəfdən, “Əl-Hilal” iyunun 15-dən iyulun 14-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək.