“ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyacaq” – “Axios”


“Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymaq niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
“ABŞ İsrailə BMT Təhlükəsizlik Şurasının bu gün səsverməyə çıxarılması gözlənilən və Qəzzada dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyacağı barədə məlumat verib”, - məlumatda deyilib.
Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb. Onunla bağlı səsvermə saat 16:00-a (Bakı vaxtı ilə 00:00) təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top