
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, söhbət 1 saat 15 dəqiqə davam edib.
Tramp və Putin Ukraynanın Rusiya aerodromlarına hücumunu, eləcə də hər iki tərəfin həyata keçirdiyi digər hücumları müzakirə ediblər:
“Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyil”.
Rusiya prezidenti, ABŞ liderinin sözlərinə görə, çox qətiyyətlə bəyan edib ki, o, aerodromlara edilən son hücuma cavab verməyə məcbur olacaq.