
“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta, onun fikrincə, futbol tarixinin ən yaxşı oyunçularından ibarət simvolik komanda yaradıb.
Yeniavaz.com xəbər verir ki, videonu “Daily Mail” paylaşıb.
Komandaya aşağıdakı oyunçular daxil idi: Viktor Valdes, Dani Alves, Karles Puyol, Gerard Pike, Jordi Alba, Serxio Busquets, Xavi, Ivan Rakitic, Pedro, Lionel Messi və David Villa. Eyni zamanda, İnyesta özünün bu komandada oynamayacağını, əksinə, onu çalışdırmağa üstünlük verəcəyini qeyd edib.
Qeyd edək ki, bu tərkib Kataloniya klubunun 2011-ci ildə Çempionlar Liqasını qazandığı kompozisiyaya yaxındır.