
Amerikanın “Qualcomm” korporasiyası “Android” smartfon prosessorlarında bir neçə təhlükəli boşluq aşkar edib və onları aradan qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TechCrunch” nəşri qeyd edib.
Qeyd edək ki, “Qualcomm” dünyanın ən böyük mobil çip istehsalçısıdır. Şirkətin mütəxəssisləri onlarla çipdə bir sıra boşluqları, o cümlədən üç ədəd sıfır günlük boşluqları aradan qaldıran patç buraxıblar. Problemlər hələ fevral ayında məlum olub.
Jurnalistlərin fikrincə, çoxlu sayda smartfonda onlarla “Qualcomm” prosessoru quraşdırılıb. Bu o deməkdir ki, sözün həqiqi mənasında yüz milyonlarla cihaz sındırılma riski altındadır. “Qualcomm” smartfon istehsalçılarının yeniləmələrinə daxil etməli olduğu patçləri təqdim edib. Bununla əlaqədar olaraq şirkət istifadəçiləri əməliyyat sisteminin (ƏS) çıxan yeniliklərini nəzərdən qaçırmamağa çağırıb.