Rutte Ukraynanı NATO sammitinə dəvət etdi


NATO-nun baş katibi Mark Rutte Ukraynanı 24-25 iyun tarixlərində alyansın Haaqada keçiriləcək sammitinə dəvət edib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, Rutte bu barədə iyunun 5-də Brüsseldə NATO müdafiə nazirləri ilə görüşündən əvvəl keçirilən mətbuat konfransında danışıb.
“Mən Ukraynanı sammitə dəvət etmişəm. Ən qısa vaxtda proqramı onlara təqdim edəcəyik”, - Rutte qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən dəvət olunub-olunmaması ilə bağlı suala cavab olaraq alyansın baş katibi proqramın dəqiqləşdirildikdən sonra dərc olunacağını bildirib.
Baş katibin sözlərinə görə, sammit bütünlüklə alyansın hərbi imkanlarının və xərclərinin artırılmasına həsr olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top