Gürcüstanda NATO və Aİ-nin məlumat mərkəzi bağlanır


İyulun 1-də Gürcüstanda NATO və Aİ-nin məlumat mərkəzi bağlanacaq.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə mərkəzin əməkdaşlarına ünvanlanan məktubda bildirilib.
Gürcüstan Xarici İşlər Nazirliyi isə yenidən təşkil edildikdən sonra məlumat mərkəzinin nazirliyin mərkəzi aparatına veriləcəyini qeyd edib.
Nazirlik həmçinin əlavə edib ki, Gürcüstan XİN NATO və Aİ-yə inteqrasiya proseslərini idarə edir və bu qərar bu məsələlər üzrə daha səmərəli koordinasiyaya şərait yaradacaq.
Qeyd edək ki, mərkəz 17 il idi ki, fəaliyyət göstərirdi.

DİGƏR XƏBƏRLƏR

Top