
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) penalti zərbəsi ilə bağlı futbol qaydalarına dəyişiklik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IFAB öz saytında məlumat yayıb.
Məlumata görə, növbəti mövsümdən etibarən hakimlər futbolçulara zərbə zamanı topa ikiqat toxunma zamanı penaltini təkrar yerinə yetirməyə icazə verəcək.
Halbuki, əvvəllər analoji halda qol zamanı hakimlər qolu saymırdılar.
Bu qaydaya yenidən baxılması ilə bağlı müzakirələr 2025-ci ilin martında başlayıb. Belə ki, Çempionlar Liqasının 1/8 finalında “Atletiko Madrid” - “Real Madrid” matçında (1:0, 2:4 penalti ilə) baş vermiş oxşar epizod müzakirələrə səbəb olub. Penaltilər seriyasında “Atletiko Madrid”in hücumçusu Xulian Alvareş qol vurub, lakin futbolçu zərbəni yerinə yetirərkən topa iki dəfə toxunduğu üçün hakim qolu hesaba almayıb. Nəticədə, “Atletiko Madrid” məğlub olub və turnirdən kənarda qalıb.
Qeyd edək ki, yeni qayda 1 iyul 2025-ci ildə qüvvəyə minəcək.