“Qızıl top”a namizədlərin yeni reytinqi açıqlandı


“Goal.com” internet nəşri 2025-ci ildə “Qızıl top” mükafatına əsas namizədlərin yeni siyahısını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, qalib gəlmək üçün 10 əsas favorit arasında ilk yeri Fransanın “Paris Saint-Germain” (PSJ) klubunun hücumçusu Usman Dembele tutur. Siyahıda ikinci yerdə İspaniyanın “Barselona” klubunun vingeri Lamin Yamal qərarlaşır. Siyahının üçüncüsü isə Yamalın komanda yoldaşı, yarımmüdafiəçi Rafinyadır.
2025-ci ildə “Qızıl top”a ilk 10 namizəd aşağıdakı kimidir:
1. (1) Usman Dembele (PSJ);
2. (2) Lamin Yamal (Barselona);
3. (3) Rafinya (Barselona);
4. (5) Məhəmməd Salah (Liverpul);
5. (8) Kilian Mbappe (Real Madrid);
6. (ilk 10-da deyildi) Desire Due (PSJ);
7.(ilk 10-luqda deyildi) Xviça Kvaratsxeliya (PSJ);
8. (ilk 10-luqda deyildi) Aşraf Hakimi (PSJ);
9. (6) Pedri (“Barselona”);
10. (7) Harri Keyn (“Bavariya”).


Beləliklə, son siyahı ilə müqayisədə ilk 10-luqda PSJ-nin qapıçısı Canluici Donnarumma (4), “İnter”in hücumçusu Lautaro Martines (9), həmçinin “Barselona”nın polşalı hücumçusu Robert Levandovski (10) kənarda qalıb.
Qeyd edək ki, 2024-cü il üçün “Qızıl top”un qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub. Mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top