
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırdır, yalnız ABŞ Konqresində müvafiq qanun layihəsini təsdiqləmək və Prezident Donald Trampdan razılıq almaq lazımdır.
Yeniavaz.com “Fox News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq məsələ ilə bağlı suala cavab verərkən bildirib.
“Mən senator Lindsi Qremlə (respublikaçı, Cənubi Karolinadan ştatı) keçən həftənin sonunda danışdım və inanıram ki, qanun layihəsi tətbiq olunmağa hazırdır. Bu sənəd “2025-ci il Rusiya Sanksiya Aktı” adlanır”, - Kelloq qeyd edib.
O, yeni sanksiyaların ilk növbədə Rusiya neft məhsullarının ixracına təsir edəcəyini ifadə edib.
Sözügedən qanun layihəsi aprelin əvvəlində Konqres Senatının iki partiyalı üzvlərindən ibarət qrup tərəfindən təqdim edilib.
Sənədin əsas tərtibatçıları senator Lindsi Qrem və Riçard Blumentaldır (demokrat, Konnektikut ştatı).
Yeni layihəyə həmçinin Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar daxildir.
Senatorların təklifində Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% gömrük rüsumları da nəzərdə tutulur.