
Türkiyənin Ədalət və İnkişaf (AK) Partiyasının İstanbuldan millət vəkili Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 329 səs toplayıb.
Bildirilib ki, Türkiyə Baş Assambleyasında keçirilən səsvermənin üçüncü turunda 529 millət vəkili iştirak edib.
Kurtulmuş 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən TBMM sədri seçilib.