
Abşeron rayonunu Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 04.06.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” və “Park Xırdalan” yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.