Mask BMT-nin maliyyələşdirməsini dayandırmağa çağırır


İlon Mask BMT-nin maliyyələşdirməsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.
“BMT-nin maliyyələşdirməsini dayandırın”, - Mask yazıb.
Sahibkar BMT-nin baş katibi Antonio Quterreşin “rəqəmsal platformalarda dezinformasiya və nifrətin yayılması” təhlükəsi ilə mübarizə aparmaq üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı sözlərini belə şərh edib.
Qeyd edək ki, mayın əvvəlində Tramp administrasiyası 2026-cı maliyyə ili üçün (ölkədə oktyabrın 1-də başlayır) federal büdcə layihəsini təqdim etdi və burada ABŞ-nin BMT, YUNESKO və ÜST-ə töhfələrini dayandırmağı təklif etdi. Büdcə layihəsində vurğulanır ki, ABŞ prezidenti öz mülahizəsinə əsasən bu təşkilatlara ianələrin həyata keçirilməsinə göstəriş verə bilər. Bu məqsədlər üçün “strateji investisiyaların” həyata keçirilməsi üçün yaradılması təklif olunan 2,9 milyard dollarlıq xüsusi fonddan vəsaitin ayrılması təklif edilir.
Bundan əlavə, sənəd BMT xətti ilə də daxil olmaqla, “mənfəətsiz sülhməramlı missiyaların” maliyyələşdirilməsindən imtina edərək xərclərin 1,6 milyard dollar azaldılmasını təklif edir.

DİGƏR XƏBƏRLƏR

Top