Qırğızıstanın keçmiş prezidenti qiyabi həbs edildi


Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
Bildirilib ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib. Sabiq prezident həmçinin əmlakı müsadirə olunmağa və bütün dövlət mükafatlarından məhrum edilib.
Bu cinayət işində 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş prezident administrasiyasının keçmiş rəhbəri Faril Niyazov və keçmiş deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla bir neçə keçmiş yüksək vəzifəli məmur da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top