“Tramp administrasiyası Moskvanın tələblər siyahısına görə məyus oldu” – KİV


“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukraynada atəşkəsin dayandırılması üçün Moskvanın tələblər siyahısından məyus olsa da, təəccüblənmədi”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “ABC News” məlumat yayıb.
Kanalın həmsöhbətləri bildiriblər ki, Rusiyanın şərtlərində həm Ukraynanın, həm də ABŞ-nin qəbuledilməz hesab etdiyi məqamlar var. Onların fikrincə, Moskva bununla da danışıqları pozmağa çalışır.
ABŞ rəsmilərinin fikrincə, Tramp bu yaxınlarda həm Rusiya Prezidenti Vladimir Putini, həm də Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etsə də, Rusiya-Ukrayna müharibəsində getdikcə ayrı mövqe tutur.
Nəşr qeyd edir ki, daha əvvəl Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini etiraf edib, lakin danışıqların ikinci raundu başa çatdıqdan sonra onun administrasiyasının bunun üçün hər hansı addım atdığına dair heç bir əlamət yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top