
İfrat sağçı Azadlıq Partiyası hakim koalisiyadan çıxdıqdan sonra Niderland hökuməti istefasını təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın Baş naziri Dik Şof Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.
“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi olmayacaq”, - Şof deyib.
Baş nazir əlavə edib ki, Azadlıq Partiyasından nazirlərin istefası tələbi ilə dərhal Niderland kralı Villem-Aleksandrın yanına gedəcək. Hökumətin qalan üzvləri də istefa verirlər. İstefa ərizəsinin surəti parlamentin aşağı palatasına göndəriləcək.