META İranda Azərbaycandilli auditoriyanı hədəfə alan 60 səhifəni sildi


META Azərbaycandilli auditoriyanı hədəfə alan 17 “Facebook” və 21 “Instagram” hesabını, o cümlədən 22 “Facebook” səhifəsini silib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dərc olunan 2025-ci ilin ilk rübünə dair “Adversial Threat” hesabatında qeyd olunub.
“Bu şəbəkə İranda yaranıb. Onlar Azərbaycan və Türkiyədəki Azərbaycandilli auditoriyanı hədəfə alıblar. Bu tipli səhifələr  əvvəllər də silinib. Lakin onlar tətbiqlərimizdə yenidən orijinal auditoriya yarada biliblər”, - hesabatda qeyd olunub.
Qeyd olunub ki, sözügedən hesabların bir çoxu özlərini qadın jurnalistlər və Fələstin tərəfdarı kimi təqdim ediblər.
“Facebook”da təxminən 44 min hesab bu səhifələrdən birini və ya daha çoxunu izləyib. “Instagram”da isə bu göstərici 63 min olub”, - hesabatda deyilir.
Qeyd olunur ki, həmin səhifələr və hesablar reklamlara təxminən 70 dollar xərcləyiblər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top