“WhatsApp”da istifadəçi adı olacaq


“WhatsApp” messenceri “Telegram”da və digər xidmətlərdə olduğu kimi, nömrəni istifadəçilərdən gizləməyə imkan verən istifadəçi adı sisteminin tətbiqi üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Funksiyanın rəsmi buraxılış tarixi ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, müəyyən edilmiş qaydalara görə, istifadəçi adı veb saytlarla qarışıqlığın qarşısını almaq üçün "www" ilə başlaya bilməz. Tamamilə rəqəmli və ya simvolik birləşmələr istisna olmaqla, istifadəçi adında ən azı bir hərf olmalıdır. İstifadəçi adı ən azı 3, ən çoxu 30 simvoldan ibarət ola bilər. Kiçik Latın hərfləri (a-z), rəqəmlər (0-9), nöqtələr və alt xəttlər əsas olaraq qalır. Bunlar müəyyən mənada istifadəçi adların standartlaşdırılmasını təmin edir.
İstifadəçi adlarının tətbiqi istifadəçilərə əlaqə təmin edilmədiyi halda, telefon nömrəsi əvəzinə qrup çatlarında ləqəbləri (nikneymləri) görməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top