
Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünün dayaqlarından birini partladıb.
Yeniavaz.com “Unian“a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində körpü qəzalı vəziyyətə düşüb.
Qeyd olunub ki, əməliyyat bir neçə ay davam edib.
Belə ki, təhkükəsizlik xidməti agentləri xüsusilə, körpünün dayaqlarını minalayıblar. Nəticədə, iyunun 3-də dinc əhali arasında itki olmadan, yerli vaxtla səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, körpünün sualtı dayaqları ciddi zədələnib. Buna TNT ekvivalentində 1100 kq partlayıcı kömək edib. Bununla da, körpü qəzalı vəziyyətə düşüb.
Əməliyyata Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasiliy Malyuk rəhbərlik edib.
“Xüsusən düşmənin qoşunlarını təmin etmək üçün logistik arteriya kimi istifadə etdiyini nəzərə alsaq, Krım körpüsü tamamilə qanuni hədəfdir, Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq”, - Malyuk qeyd edib.
Xidmət partlayışın kadrlarını da yayıb: