Ukraynanın aviasiya aerodromlarına etdiyi PUA hücumlarına Kremldən reaksiya


Kreml Rusiya aviabazalarına zərbə endirilməsi və dəmir yolu körpülərinin partladılmasına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla TASS agentliyi məlumat yayıb.
Peskov Putinin Ukraynanın bazar günü Rusiyaya etdiyi hücumlarla bağlı məlumatı onlayn rejimdə aldığını bildirib.
Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Ukraynanın Rusiyanın strateji aviasiya aerodromlarına PUA hücumları təşkil etməsi və dəmir yolu körpülərini partlatması ilə bağlı istintaqın nəticələrini gözləməyi təklif edib.
“Bilirsiniz ki, hazırda Rusiya İstintaq Komitəsi tərəfindən araşdırma aparılır və bu araşdırma ilə bağlı Müdafiə Nazirliyi tərəfindən də müvafiq bəyanat verilib. Mən təklif edirəm ki, araşdırmanın nəticələrini gözləyək və Rusiya Müdafiə Nazirliyinin bəyanatının məzmununa diqqət yetirək”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib. Hücum nəticəsində Rusiyanın ən azı 41 təyyarəsi vurulub.

DİGƏR XƏBƏRLƏR

Top