BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər


BP, SOCAR və TPAO (Türkiye Petrolleri Anonim Ortaklığ) bu gün TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıb.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətinə istinadən xəbər verir ki, razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir.
Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30% iştirak payına sahib olacaq.
Bunun 15%-i BP-dən, 15%-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50% iştirak payına malikdir.
BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.
Qeyd edək ki, sənədlərin rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top