
Milanın “İnter” klubunun rəhbərliyi “Komo”nun baş məşqçisi Françesk Fabreqasla danışıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Simone İnzaqinin komandadan getməsi şərti ilə ispaniyalı mütəxəssis klubun baş məşqçisi postuna əsas namizəddir.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun İnzaqiyə kluba rəhbərlik etməyi təklif etdiyi məlum olub.
İtaliyalı mütəxəssis bu təklifə şifahi razılıq verib, baxmayaraq ki, onun “İnter”lə müqaviləsi 2026-cı il iyunun sonuna qədərdir.