Bu yolun təmiri məqsədilə 1,5 milyon ayrıldı – Sərəncam


Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,5 milyon manat ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top