“Atletiko” Qrizmannla müqaviləni uzatdı


İspaniyanın “Atletiko” klubu 2018-ci il dünya çempionatının çempionu Antuan Qrizmannla yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qrizmannın 34 yaşı var. O, 2014-2019-cu illərdə “Atletiko”da çıxış edib, sonra “Barselona”ya keçib.
2021-ci ildə Kataloniya klubu fransalı futbolçunu 2023-cü ildə futbolçu ilə daimi müqavilə imzalayan “Atletiko”ya icarəyə verib.
Fransız yarımmüdafiəçi karyerasına İspaniyanın “Real Sosyedad” klubunda başlayıb və 2009-2014-cü illərdə əsas komandada çıxış edib.
“Atletiko” ilə Qrizmann Avropa Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub. O, klubun bütün dövrlər üçün ən yaxşı bombardiridir. Qrizmann həmçinin, “Barselona" ilə İspaniya kubokunu qazanıb.
Bundan başqa, Qrizmann Fransa millisi ilə Dünya Kuboku və Avropa Çempionatının gümüş mükafatçısı və Millətlər Liqasının qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top