“Microsoft” yüzlərlə işçisini ixtisar edir


Amerikanın “Microsoft” şirkətinin 300-dən çox işçisi iş yerlərinin ixtisarı ilə bağlı bildiriş alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Biz dinamik inkişaf edən bazarda şirkətin uğur qazanması üçün lazım olan təşkilati dəyişiklikləri həyata keçirməkdə davam edirik”, - deyə texnologiya nəhəngin nümayəndəsi agentliyə bildirib.
Onun sözlərinə görə, bu azalma şirkətin may ayında elan etdiyi 6 min ixtisara əlavədir.
O, şirkətdəki vaxtaşırı ixtisarların texnologiya bazarındakı dəyişikliklərdən irəli gəldiyini qeyd edib.
Mənbənin bildirdiyinə görə, hazırda ən böyük xərclər süni intellektin inkişafı üçün lazım olan məlumat mərkəzlərini elektrik enerjisi ilə təmin etmək üçün sərf olunur.
Digər tərəfdən, şirkətin baş direktoru Satya Nadella süni intellektin işdən çıxarılan işçilər tərəfindən yerinə yetirilən tapşırıqları yerinə yetirməyə imkan verdiyini bildirib.
“Associated Press” agentliyinin məlumatına görə, şirkətin 2024-cü il üçün təxminən 228 000 işçisi var ki, onların da təxminən 55%-i ABŞ-də fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top