Paşinyan keçmiş qubernatoru Ermənistan polisinə rəis təyin etdi


Ermənistan polisinə yeni rəisi təyin edilib.
Yenavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 3-də Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Aram Kazaryan polis rəisi və daxili işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Aram Kazaryan bir gün əvvəl qubernator postunu tərk edib. Onun sələfi Ermənistan Polisinin rəisi Aram Ovanisyan isə bir gün əvvəl vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top