
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün – iyunun 2-də dünya çempionu olan Azərbaycan minifutbol milli komandasının üzvləri ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüşün sonunda Prezident komanda üzvləri ilə bir-bir selfi çəkdirib.
Həmin anların görüntülərini təqdim edirik:
Qeyd edək ki, Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qalibi Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edən Azərbaycan millisi olub.