
“Microsoft”un qurucusu Bill Qeytsin sərvətinin ən böyük payı Afrikaya gedəcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı bildirib.
“Mən bu yaxınlarda söz vermişdim ki, sərvətim növbəti 20 il ərzində paylanılacaq. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün sərf olunacaq”, - Qeyts deyib.
O əlavə edib ki, pul Bill və Melinda Qeyts Fondu vasitəsilə köçürüləcək.
Xatırladaq ki, yazda Qeyts elan edib ki, 2045-ci ilə qədər bu fond müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcək.
Hazırda Qeyts planetin ən varlı adamları siyahısında beşinci yeri tutur. Onun şəxsi sərvəti 175 milyard dollara çatır.