
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqların ikinci mərhələsini möhtəşəm adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.
"Bildiyiniz kimi, bu gün bizim xarici işlər nazirimiz Hakan Fidanın sədrliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda toplaşıblar. Bu, həqiqətən də möhtəşəm görüş oldu. Nəticədə mindən çox əsirin mübadiləsi ilə bağlı razılaşmalar var. Bu əsir mübadiləsi ilə yanaşı, ölənlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı da razılaşmalar var”, - o bildirib.
Xatırladaq ki, iyunun 2-də İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilib. Görüş bağlı qapılar arxasında bir saatdan bir qədər çox davam edib.
Görüşdən sonra Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti İstanbulda danışıqlarda Rusiya tərəfinə geri qaytarılmasını tələb etdiyi yüzlərlə ukraynalı uşağın siyahısını verib.