
“Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb”.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqdimatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib.
Bildirilib ki, onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb:
“Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir”.