Dini ziyarət üçün Azərbaycana gələnlərin sayı kəskin azalıb


Bu ilin aprel ayı ərzində turizm məqsədi ilə Azərbaycana 162 min 974 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 169 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqəsdi ilə gəlib.
Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 109 nəfər və ya 39,2% azalıb.
Dini ziyarət üçün gələnlərin 81 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşlarıdır:
Rusiya – 81 nəfər;
Türkiyə – 37 nəfər;
Qazaxıstan – 14 nəfər;
Gürcüstan – 11 nəfər;
Hindistan – 8 nəfər;
İsrail –  11 nəfər;
İran – 5 nəfər;
Qırğızıstan – 1 nəfər;
Türkmənistan – 1 nəfər.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top