
Ermənistan Polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Ovanisyan tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Məlum olub ki, Ovanisyan Baş nazirin tələbi ilə istefa məktubu yazıb.
Bu qərarın səbəbləri açıqlanmayıb.
O, 1990-cı ildən daxili işlər orqanlarında işləyir. 2023-cü ildən isə Ermənistan polisinin rəhbəridir.